"Peşəyönümlü təhsilin inkişafına yardım” ictimai birliyi (PTİY İB) 1 sentyabr 2022-ci il tarixindən Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən “Tələbə və məktəblilərin açıq təhsil resurslarından (Open Educational Resources - OER) istifadəyə hazırlanması tədbirləri” adlı layihə icra edib.
2 ay müddətində icra edən layihənin əsas ideyası şagirdləri və tələbələri açıq təhsil resurslarından (Open Educational Resources - OER) istifadəyə hazırlamaq, onlarda bu resurslara maraq oyatmaq, bu resursları təbliğ etməkdır.
Layihə müddətində Bakı şəhərinin bir neçə ümumtəhsil məktəblərində şagirdlərlə Açıq Təhsil Resursları və onlardan səmərəli istifadə yolları barədə məlumat verilib, Elm və Təhsil Nazirliyinin video.edu.az portalında, e-derslik.edu.az və digər açıq resurslardan, videodərslərdən istifadə texnologiyası şagirdlərə izah edilib.
Layihə şagirdlərin böyük marağına səbəb olub və layihənin icrası uğurla tamamlanıb.